Nərimanov rayonunda yerləşən 2 mağazadan ümumilikdə 4500 manatlıq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 23 yaşlı N.Gülümcanov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.