Oğurluq və narkotiklə əlaqədar həbs olunmuşdular, bu dəfə isə... - KEÇMİŞ MƏHBUSLAR SAXLANILDI

Nizami rayonu ərazisində yerləşən mağazaların birindən 700 manat dəyərində mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuşlar 57 yaşlı İ.Muradxanov və  52 yaşlı P.Qaraşov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az