OĞURLUĞA GÖRƏ HƏBS OLUNMUŞDU, YENİDƏN "İLİŞDİ" - Binəqədidə keçmiş məhkum saxlanıldı

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən evlərin birindən 2000 ABŞ dolları, 900 manat dəyərində məişət və zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı B.Eminov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.