Nəsimi Nəbizadənin qardaşı həbs olundu - NARKOTİK İTTİHAMI + AUDİO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar.

Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.

Hər 3 şəxs barəsində Sumqayıt məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

*** 20:16

Dünəndən sosial şəbəkədə gündəm olan tanınmış teleaparıcı Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub.

Stopnarkotik.az xəbər verir ki, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, hər üçü Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik dövriyyəsi ) maddəsi ilə ittiham edilirlər.