Nazirlik 137 aptekdə yoxlama apardı – 34-də pozuntular aşkarlandı

Azərbaycanda aprel ayında 34 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, ötən ay ümumilikdə 137 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 4-ü Bakı şəhərində, 133-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 131-i planlı, 3-ü plandankənar və 3-ü yoxlamadan kənar olub.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 221.10, 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.