Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi dəyişib.
Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə 2011-ci ildən sözügedən vəzifədə çalışan daxili xidmət polkovniki Şirinov Vüqar Fazil oğlu vəzifəsindən azad olunub və təqaüdə göndərilib.
Digər əmrlə Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə Kənan Eldarov təyin edilib.
