300 kiloqram narkotik müsadirə edildi - 5 NƏFƏR SAXLANILDI

Qazaxıstanın Ulytau vilayətində ölkənin cənub regionlarından narkotik maddələrin iri təchizat kanalının qarşısı alınıb.

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, Jezkazgan - Karagandı avtomobil yolunda narkotiklərin daşınmasına cəlb edilən beş nəfər saxlanılıb. Onlar narkotiklərin daşınmasının müşayiətini və koordinasiya funksiyalarını həyata keçiriblər.

Nəqliyyat vasitəsində axtarış zamanı ümumi çəkisi 300 kq-dan artpıq olan 13 aket marixuana aşkar edilərək götürülüb. İlkin qiymətləndirməyə görə, müsadirə edilən həcm bir milyona qədər birdəfəlik dozaya bərabərdir, qara bazardakı dəyəri isə 3 milyon ABŞ dollarına çata bilər.

Şübhəlilər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.