Goranboy rayonunda 34 yaşlı kişi bıçaqlanıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini, 1992-ci il təvəllüdlü M. Əliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata əsasən, M. Əliyevi tanışı, 2009-cu il təvəllüdlü K. Əliyev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 2009-cu il təvəllüdlü Ə. Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./apa