Salyanda əvvəllər məhkum olunmuş şəxsdən 1 kiloqram marixuana götürülüb.
Stopnarkotik.az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ramal Əliyev saxlanılıb.
Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, Ramal Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.