BU MƏŞHURLARIN ÖLKƏDƏN ÇIXIŞINA QADAĞA QOYULDU... - Narkotik əməliyyatında saxlanılmışdılar

Türkiyədə narkotik əməliyyatından sonra saxlanılan 14 məşhur ədliyyəyə göndərilib.

Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, saxlanılanlar arasında iş adamları Burak Elmas (“Qalatasaray”ın keçmiş prezidenti), Fikrət Orman (“Beşiktaş”ın keçmiş prezidenti), Hakan Sabancı, Kerim Sabancı, model Didem Soydan və aparıcı Güzide Duran da var.

Adıçəkilən məşhurlar məhkəmə nəzarətinə götürülüb və onlara ölkədən çıxış qadağası qoyulub.

Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində aralarında Hadisə, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu, Kaan Tangözenin də olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.

Qeyd edək ki, narkotik istintaqına cəlb olunan bir çox tanınmış şəxs nüfuzlarının zədələndiyini və günahsızlıq prezumpsiyasının ictimaiyyət qarşısında pozulduğunu bildirir.