İrana silah daşıyan Rusiya gəmilərinə hücum edilib? - PESKOV AÇIQLADI

Kreml Xəzər dənizi vasitəsilə İrana silah daşıdığı iddia edilən Rusiya gəmilərinə İsrailin hücumu barədə heç bir məlumata malik deyil.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Xəzər regionunda hərbi əməliyyatların genişlənməsini son dərəcə mənfi hal hesab edir.

Qeyd edək ki, martın 20-də Rusiya Xarici İşlər Nazirliyi İsrailin İranın Xəzərdəki Ənzəli limanını bombalamasına kəskin reaksiya verib. Nazirlik bu cür hərəkətlərin Rusiyanın maraqlarına toxunduğunu qeyd edib.