Bakıda quldurluq: evə basqın edən silahlı şəxslər ələ keçdi + AUDİO

Bakıda quldurluq hadisəsi olub.

DİN mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, Binəqədi rayon sakini polisə müraciət edərək bildirib ki, naməlum şəxslər onun yaşadığı evə daxil olaraq kəsici alətlə hədələyib və mobil telefonunu talayıblar.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 39 yaşlı M.Əliyev və 38 yaşlı G.Əkbərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.