58,1 KQ MARİXUANA, 4,6 KQ HƏŞİŞ , 1,1 KQ TİRYƏK... - Gün ərzində 64,2 kiloqram narkotik ələ keçirilib + AUDİO

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 30-da ümumi çəkisi 64,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 58,1 kiloqrama yaxın marixuana, 4,6 kiloqramdan çox həşiş, 1,1 kiloqrama yaxın tiryək, 400 qramdan çox heroin və metamfetamin olub.