Naxçıvanda mağazada oğurluq hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, Daxili İşlər Nazirliyində verilən məlumata görə, Şərur rayonunun Vərməziyar kəndi ərazisindəki mağazaların birində quraşdırılan kameranın yaddaş blokunun və oradakı ödəmə terminalının kassasından 795 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Şərur rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən kənd sakini Teymur Mənsimov müəyyən olunaraq saxlanılıb.