NARKOTİK VƏ OĞURLUĞA GÖRƏ HƏBS OLUNMUŞDU, YENİDƏN "İLİŞDİ" - Nardaranda evlərə qənim kəsilən keçmiş məhkum tutuldu

Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində 3 evdən oğurluq edilməsi barədə polisə məlumatlar daxil olub.  

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin evlərdən pul, ümumilikdə 3400 manat dəyərində geyim və məişət əşyaları, velosiped və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib. 

Keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 41 yaşlı H.Hüseynzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.