“NARKOTİK OLMASA, YERİMDƏN DURA BİLMİRDİM” – Anar Əliyev həyatını danışır / II HİSSƏ

Əliyev Anar Şamil oğlu Bakı şəhərində anadan olub. Hazırda 43 yaşı var.

Stopnarkotik.az-a dediyinə görə, 12-13 yaşlarından spirtli içki qəbul edib. 15-16 yaşlarında isə, artıq yüngül narkotik istifadə etməyə başlayıb.

20 ilə yaxın narkotik istifadəçisi olan A.Əliyev bir neçə ildir ki, “ayıqdır”. Üstəlik, indi o, öz təcrübəsini asılılıqdan əziyyət çəkən digər insanlarla bölüşür və onların da sağalmasına, normal həyata qayıtmasına çalışır. Bu məqsədlə “Sağlam Addım” Reabilitasiya Mərkəzi açan Anar Əliyev öz komandası ilə burada həm narkotikdən və digər asılılıqlardan əziyyət çəkən qızların, həm də oğlanların müalicəsini həyata keçirir.

Onunla elə rəhbərlik etdiyi mərkəzdə görüşüb, həyat yolu və “Sağlam Addım” Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa çalışdıq. Buyurun, müsahibənin ikinci hissəsini izləyin.(Birinci hissə bu lindkə:“Dəfələrlə saxlanılmışam, 3 ilə yaxın həbsdə olmuşam” - 20 il n@rkotik istifadə edən Anar Əliyev)

Müsahibədən sitatlar:

“Narkotikə görə şəxsiyyət vəsiqəmi bir nəfərə vermişdim, adıma 5 şirkət açmışdı...”

“Elə narkoman var ki, mərkəzdə müalicə alır, bunun adından xaricdən vaqonlarla mal gətirirlər...”

“Narkotik olmasa yerimdən dura bilmirdim”

“Narkomanların anlaqsız şəkildə olduğundan istifadə ediblər...”

Stopnarkotik.az