Türkiyənin Daxili İşlər Nazirliyinin koordinasiyası ilə son bir həftə ərzində 71 əyalətdə keçirilən əməliyyatlarda tonlarla narkotik maddə müsadirə edilib və 903 şübhəli saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, qurumun açıqlamasına görə, Narkotiklərlə Mübarizə İdarəsi və Baş Prokurorluqla koordinasiyalı şəkildə genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Əməliyyatlar nəticəsində 1 ton 231 kiloqram narkotik maddə və 1.576.660 narkotik həbi müsadirə edilib.
Cəmi 903 şübhəli saxlanılıb, onlardan 373-ü həbs edilib. 119 şübhəliyə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib, qalan şübhəlilər üçün isə proseslər davam edir. Bəyanatda əməliyyatların eyni vaxtda 71 əyalətdə aparıldığı, ümumilikdə 2.385 qrup və 5.785 şəxsin iştirak etdiyi bildirilib. Əməliyyatlarda 16 təyyarə və 45 narkotik aşkarlama itinin istifadə edildiyi də qeyd edilib.
Stopnarkotik.az