Narkotiklə əlaqədar 20 nəfər saxlanıldı - ÜMUMİLİKDƏ 233 NƏFƏR...+ AUDİO

Martın 31-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 233, o cümlədən borclu şəxs qismində axtarışda olan 208 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.