Metamfetamin alverçisi 20 illik həbs cəzası aldı

ABŞ-da federal hakim metamfetamin qaçaqmalçılığı və odlu silah saxlama ittihamı ilə Ostin şəhərindən olan cinayətkarı 235 ay - təxminən 20 il - həbs cəzasına məhkum etdi. İş Texasın Qərb Dairəsində araşdırılıb.

Meksikalı transmilli korporasiyalar Texasdan keçirərək sənaye miqyasında metamfetamin daşıyır və Asiyadan Meksika laboratoriyalarına qədər olan narkotik daşıma kanalı toxunulmaz qaldığı müddətcə 20 illik həbs cəzalarının sayı narkoiqtisadiyyatı dəyişdirməyəcək.

Sözsüz ki, narkotik qaçaqmalçılığından bəslənən maliyyə şəbəkələri və sərhədyanı logistikaya qarşı tədbirlər görülməyənə qədər, narkotikin topdansatış şəbəkəsi çiçəklənməkdə ikən, pərakəndə satış ünsürlərini həbsə atmaq fayda verməyəcək. Bu dünyanın hər yerində belədir-istər Amerikada, istər Rusiyada, istər də bizdə...

Stopnarkotik.az