Sumqayıtda 46 yaşlı qadın bıçaqlandı - QARDAŞI TUTULDU

Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki,1985-ci il təvvəllüdlü Əmrahov Ramil aralarında yaranmış münaqişə zəminində bacısı,1980-ci il təvəllüdlü İslamova Səbirə Zülfi qızına bıçaqla xəsarət yetirib.

Əməli törətməkdə şübhəli bilinən qardaşı 41 yaşlı R.Əmrahov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.