NARKOTİK ƏMƏLİYYATI - 30 yaşlı kişi və 25 yaşlı qadın saxlanıldı

Tbilisidə iki Ukrayna vətəndaşı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, saxlanılanlar 30 və 25 yaşlı kişi və qadındır.

Polis sübut kimi təqsirləndirilən şəxsin yaşayış yerində, eləcə də küçələrdə müştəriləri üçün saxladıqları anbarlarda aparılan axtarışlardan sonra metadon götürüb.

Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitələrin satışına, alınmasına və saxlanmasına şərait yaratma faktları üzrə araşdırmalar davam etdirilir. Bu cinayət 20 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Stopnarkotik.az