Polis əməkdaşları tərəfindən Zərdab və Kürdəmir rayonlarında yerləşən məktəblərdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşlərdə xüsusilə gənclər arasında narkomaniyanın yayılmasının gələcəyimiz üçün risk yaratdığı, bu maddələrin insanın həm fiziki, həm də psixoloji sağlamlığını məhv etdiyi, ailə münasibətlərini pozduğu və sosial problemlərə səbəb olduğu diqqətə çatdırılıb.
Tədbirlərdə erkən nikahların fəsadları mövzusuna da toxunulub, bu cür halların gənclərin uşaqlıq və yeniyetməlik dövrünü yarımçıq qoymasına, onların təhsil və karyera imkanlarını məhdudlaşdırmasına səbəb olduğu qeyd edilib.
Görüşlərin sonunda narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarxlar nümayiş etdirilib.
