Cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın fəsadları barədə yeniyetmələri məlumatlandırmaq məqsədilə Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə növbəti maaririfləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin zərərlərindən, bu bəlaya düçar olan şəxslərin qarşılaşdıqları problemlərdən söz açıb və sağlam gəncliyin formalaşmasında ən mühüm amillərdən birinin də narkomaniya ilə mübarizə olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər də məktəblilərə zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr veriblər.
Stopnarkotik.az