Narkomaniya, erkən nikah və dini radikalizmə qarşı mübarizə - Qazaxda maarifləndirici tədbir keçirildi / FOTOLAR

Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Yuxarı Daş Salahlı kənd orta məktəbində narkomaniya, erkən nikah və dini radikalizmə qarşı mübarizə mövzularında maarifləndirici tədbir təşkil olunub.

Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə mənbəyi olduğunu, bu zərərli vərdişin insanın fiziki və mənəvi sağlamlığına ağır fəsadlar törətdiyini bildirib. O, erkən nikahın yeniyetmələrin təhsil almaq, sağlam inkişaf etmək və hüquqlarından tam istifadə etmələrinə mane olan mühüm sosial problem olduğunu vurğulayıb.

Eyni zamanda dini radikalizmin yaratdığı təhlükələrə toxunulub, gənclərin radikal ideologiyaların təsiri altına düşməməsi üçün maarifləndirmə işlərinin vacibliyi diqqətə çatdırılıb.

Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bir kostyum şəkili ola bilər

Bir dərs şəkili ola bilər