Narkobandalar şəhər merini güllələyib qətlə yetirdi

Təhlükəsizliyin azaldılması və küçələrin hərbiləşdirilməsi ilə bağlı rəsmi açıqlamalara baxmayaraq, Ekvadorda zorakılıqlar dayanmadan davam edir.

Stopnarkotik.az xəbər verir ki, bazar günü səhər tezdən San Visente şəhərinin meri Bricit Qarsiya və onun həm də bələdiyyənin rabitə şöbəsinə rəhbərlik edən ortağı Jairo Lur avtomobildə olarkən narkobandalar tərəfindən öldürülüb.

İxtisasca tibb bacısı olan Bricit Qarcíya 2023-cü ildə regionl seçkilərdə “Revolución Ciudadana” siyasi partiyasından qalib gələndə 26 yaşında idi. O, 35% səslə ölkənin ən gənc qadın bələdiyyə sədri olub. San Visente, dəniz sahilində yerləşən və əhalisi balıqçılıq, turizm və ticarətlə məşğul olan 25.000 sakini oln şəhərdir. Şəhər Kanton Manabi əyalətinə daxildir, yüksək kriminala meylli ərazilərdən biridir. San Vinsentenin coğrafi mövqeyinin Sakit okeana çıxışı olduğundan beynəlxalq narkotik ticarəti üçün strateji əhəmiyyət kəsb edir. Polisin məlumatına görə, 2024-cü ildə burada artıq 120-dən çox xüsusi zorakılıqla baş verən qətl törədilib.

İlkin araşdırmalara görə, şəhər merinə üç, Lura iki dəfə atəş açılıb. Polisin fərziyyəsinə görə, qatil bir ay əvvəl icarəyə götürdüyü avtomobildə olub. Mütəxəssislərin fikrincə, atəş avtomobilin içərisindən açılıb. Hələlik qətlə görə heç kim həbs olunmayıb.

Prezident Daniel Noboa merin öldürülməsi ilə bağlı heç bir açıqlama verməyib, lakin Daxili İşlər Nazirliyi sosial mediada yayımlanan bülletendə hadisədən təəssüfləndiyini açıqlyıb. "Biz bu cinayətlərin cəzasız qalmaması üçün dövlətin bütün gücündən istifadə etməyə hazır olduğumuzu təsdiqləyirik", deyə bəyanatda bildirilir.

Bricit Qarsiya bu il Ekvadorda öldürülən üçüncü merdir. Qətllərin hamısı Manabi əyalətində törədilib. Cinayət Ekvadorun üç ildir yaşadığı təhlükəsizlik böhranını daha da artırır, lakin davam edən fövqəladə vəziyyətə baxmayaraq, hökumət narkotik bandlarının yaratdığı kriminal mühiti nəzarət altına ala bilməyib. Yanvarın 17-də prezident daxili münaqişənin olduğunu etiraf edərkən prokuror Sezar Suares dinləmələrə gedərkən avtomobilində öldürüldü. 2023-cü ildə prezidentlik kampaniyasının qızğın vaxtında namizəd Fernando Villavisensio Quitoda  məktəbdə siyasi tədbirdən çıxarkən güllələnərək öldürüldü. Bir ay əvvəl Manta şəhərinin meri Aqustin İntriqado administrasiyanın tikinti sahəsinə baş çəkərkən sui-qəsdin qurbanı olmuşdu. Durandan olan Luis Çonillo kimi digər bələdiyyə başçıları həyatı üçün daimi təhdidlər səbəbindən meriyadakı ofisinə belə girə bilmirlər.

Stopnarkotik.az