“İndi elə narkotiklər var ki, bircə dəfə istifadə etmək ölümə aparır...”
“İqromaniya narkotikdən daha şiddətlidir”
Fuadın 27 yaşı var. Müəllim ailəsində böyüyüb. Yeniyetmə yaşlarından içkiyə maraq göstərib. Deyir ki, məktəb illərində valideynləri bilməsin deyə “Coca-Cola”nın içərisinə spirtli içki tökərək qəbul edirmiş. 15 yaşından isə narkotik istifadə etməyə başlayıb.
“Valideynlərim mənə yoxluğun nə olduğunu bəlli etdirməyib”, - deyən həmsöhbətimiz hesab edir ki, onun narkotikə meyl etməsində bu amil başlıca rol oynayıb.
10 ildən çox narkotik istifadə edən Fuad, “son iki ildə ailəmə zülm verdim”, - deyə üzüntüsünü dilə gətirir. Onun sözlərinə görə, hətta valideynləri narkotik almaq üçün ona pul verməyəndə, evlərini də yandırıb.
Müsahibimiz etiraf edir ki, hər zaman dava-dalaşa meylli olub. Bu səbəbdən həbsə də düşüb.
Fuad bildirir ki, narkotikdən xilas ola bilmədiyini görən valideynləri onu övladlıqdan çıxarmaq üçün məhkəməyə də müraciət edib. Düşünür ki, ən böyük “dib” yaşaması da məhz valideynlərinin onu övladlıqdan çıxarması olub.
Buyurun, Fuadın həyat hekayəsinin davamını onun öz dilindən eşidin.
Stopnarkotik.az