Azərbaycanda İranın fars rejimini təbliğ edənlərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Stopnarkotik.az xəbər verir ki, "Mouze" "Telegram" kanalı sözügedən əməliyyatlar zamanı xeyli sayda insanın saxlanıldığını bildirib və həmin şəxslərin adlarını açıqlayıb.
Kanalın paylaşımında qeyd olunub ki, həmin şəxslər - Bakı şəhər sakinləri Ceyhun Hacıyev və Cavanşir Cəfərli, Lənkəran şəhər sakini Hacı Sakit Məmmədov, Gəncə şəhər sakini Ceyhun Sayadov, Göyçay şəhər sakini Nəsrəddin Nəsirov, Biləsuvar sakini Rahil Ağayev, Astara sakinləri Bəxtiyar Məmmədov və Eyvaz Baxşıyev, Müsəlman Birliyi Hərəkatı (MBH) üzvü Amil Bilalov, Neftçala sakini Ramin Babayev, Göyçay sakini Ramiz Hüseynov və Hacı Elxan Zeynalovdur.
Kanal kütləvi həbslərin davam edəcəyini iddia edib.