"Mən əvvəllər tualet oturacaqlarından kokain iyləyirdim". Bu sözləri ABŞ-ın səhiyyə naziri Robert Kennedi səsləndirib.
Robert Kennedi uzun müddət birlikdə rebilitasiya keçdiyi Teo Vonun aparıcısı olduğu podkastda keçmiş asılılığından danışıb. O bildirib ki, COVID-19 pandemiyası dövründə belə anonim narkomanların yığıncaqlarında iştirak edib.
"Mən mikroblardan qorxmuram. Bilirsiniz, mən əvvəllər tualet oturacaqlarından kokain iyləyirdim. Və bilirdim ki, bu xəstəliyi müalicə etməsəm məni öldürəcək və müalicə mənim üçün gündəlik görüşlər deməkdir. Mənim üçün bu, sağ qalmaq uğrunda mübarizə idi", deyə ABŞ-ın səhiyyə naziri qeyd edib.
Stopnarkotik.az