Mingəçevirdə mübahisə qanlı bitdi: BİR NƏFƏR BIÇAQLANDI

Avqustun 13-ü saat 01 radələrində Mingəçevir şəhəri Nizami küçəsində 2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü İbrahim Tahirinin döş nahiyəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.