Məhkəməni uduzduğu üçün vəkilini güllələyib öldürdü - VİDEO

Türkiyədə qətl hadisəsi olub.

Hadisə Muğla rayonunun Bodrum qəsəbəsində baş verib. G.Ö. məhkəməni qazana bilmədiyi üçün vəkili Erdal Çamı və dostu olan sabiq icra məmuru Özcan Çavdarı odlu silahla başından vuraraq öldürüb. Məlumata görə, G.Ö. vəkili Erdal Çamla dostu Çavdar vasitəsilə tanış olub.

Bildirilir ki, G.Ö. Bordumda bir oteldə inzibatçı vəzifəsində çalışıb. 3 il əvvəl otel sahibi onu işdən çıxarmaq istəyib və bu zaman inzibatçı vəkil tutub. 3 il davam edən prosesdən sonra isə məhkəməni uda bilməyib.

Hadisəni törətdikdən sonra G.Ö. polisə gedərək təslim olub. Araşdırma aparılır./lent.az