Meyitləri zibil maşını ilə daşıyıb, qanları yanğınsöndürənlə yuyublar

İrandakı etirazlarda ölənlərin cəsədləri zibil maşınları ilə yığılaraq yuyulma otağının qarşısına daşınıb. 

Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, bu barədə İran mətbuatı yazıb. 

Nəcəfabaddan olan şahidin sözlərinə görə, Nəcəfabad qəbiristanlığında keçirilən etirazlar günlərində, meyitlər yuyulma otağının qapısının qarşısına zibil maşınları ilə aparılırdı: "Su da kəsilmişdi, ona görə də cəsədləri yumaq mümkün deyildi".

Onun sözlərinə görə, qətl səviyyəsi o qədər yüksək olub ki, yanvarın 10-da Vəliəsr Şəhriyar küçəsi yanğınsöndürən maşınla yuyulub.