Masallıda kişi özünü güllələdi

Masallıda kişi ehtiyatsızlıqdan özünü güllələyib.

Hadisə iyulun 30-da Xıl kəndində baş verib.

Masallı rayon sakini B.Hüseynov yaşadığı evin həyətində ehtiyatsızlıqdan ov tüfəngindən açdığı atəş nəticəsində sağ bud nahiyəsindən xəsarət alıb. B.Hüseynova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Ondan babasından qalmış müvafiq sənədləri olmayan bir ədəd "TOZ" markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.