Lənkəranda 58 yaşlı kişi intihar etdi

Lənkəran rayonunda 58 yaşlı kişi intihar edib.

Stopnarkotik.az-ın məlumatına görə, Lənkəran rayonunun Şovu kənd sakini, 1965-ci il təvəllüdlü Rafəddin Gülhəsən oğlu Eynullayev yaşadığı evin həyətində ağacdan özünü asıb.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerindədir. R.Eynullayevin intihar səbəbi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.