Kremlin Qarabağdakı fiquru Ukraynadakı rus silahlılarına sponsorluq edir. Daha dəqiq desək, Ruben Vardanyan uzun illərdir “Donbass Könüllüləri İttifaqı”nın (DKİ) rəhbəri Aleksandr Borodaya sponsorluq edir. Stopnarkotik.az xəbər verir ki, bunu qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) keçmiş Müdafiə Nazirliyinin keçmiş rəhbəri İqor Girkin (Strelkov) bu gün özünün teleqram kanalındakı çıxışında bildirib.
2015-ci ildə yaradılan və Borodayın rəhbərlik etdiyi DKİ təşkilatı öz “könüllü birləşmələrini” formalaşdırır və sonradan Rusiyanın tərəfindən Ukraynaya döyüşməyə göndərilir.
Ola bilsin ki, bu qurumun “Putinin emissarı” Vardanyan tərəfindən maliyyələşdirilməsi hələ aprel ayında onun “dərhal həbs edilməli” və “Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs olmasının əsas səbəbi olub.
Qarabağdakı erməni separatçı anklavının keçmiş rəhbərinin “dərhal həbs edilməli olan şəxs” elan edilməsi Avropanın və Ukraynanın əsas KİV-ləri, o cümlədən ABŞ-ın nüfuzlu “Forbes” nəşri tərəfindən geniş işıqlandırılıb.
Boroday Aleksandr 2021-ci ildən hakim “Vahid Rusiya” partiyasından Dövlət Dumasının deputatı, Donbass Könüllüləri İttifaqının (UDV) rəhbəridir. 2014-cü ildə Ukraynanın cənub-şərqində rusiyayönlü separatçıların silahlı üsyanlarında, həmçinin Krımın ilhaqında fəal iştirak edib. Həmin il o, “DXR Nazirlər Şurasının sədri” vəzifəsini tutub.
Stopnarkotik.az