Kokain istehsal edən iki Rusiya vətəndaşı saxlanıldı / VİDEO

Tiflisdə xüsusi təchiz olunmuş laboratoriyada narkotik vasitə hazırlayan iki Rusiya vətəndaşı saxlanılıb.

Stopnarkotik.az-ın verdiyi xəbərə görə, İstintaq müəyyən edib ki, yaşı 30-dan az olan kişilər kirayə mənzildə kustar üsulla maye kokaini kristal formada emal edirmişlər.

Axtarışlar zamanı şübhəlilərdən 7 litrdən artıq maye kokain, 40 qram kristal maddə götürülüb, marixuananın becərildiyi istixana da aşkar edilib. Onları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.

Stopnarkotik.az