Rusiyanın Moskva vilayətində kişinin qulağını kəsiblər.
Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, hadisə Mıtişi şəhərində ticarət mərkəzinin yanında baş verib. 3 nəfər 45 yaşlı kişiyə hücum edərək, başına zərbə endirib və qulağını kəsərək çantasını götürüblər.
Həkimlər kişinin başında qançır və qulağın amputasiyası diaqnozu qoyublar. Hadisə bu gün günorta və şahidlərin gözü qarşısında baş verib.
Polis cinayətkarların tutulması üçün axtarışlara başlayıb.