KADIROVDAN POLİSƏ ŞOK GÖSTƏRİŞ - "Üç dəfə havaya, sonra etirazçıya atəş açın!"

Çeçenistan rəhbəri Ramzan Kadırov təhlükəsizlik qüvvələrinə müraciət edərək icazəsiz iğtişaşların təşkilatçılarını dərhal həbs etməyi tələb edib. O, vurğulayıb ki, bir şəxs havaya üç dəfə atılan xəbərdarlıq atəşinə cavab verməzsə, o, alnından güllələnməlidir".

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Çeçenistan rəhbərindən sitat gətirir.

“Əgər icazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin. Yaxud havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra həmin şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Bu halda bir daha etiraza qalxmayacaqlar. Bu, mənim əmrimdir”, - deyə Kadırov Daxili İşlər Nazirliyinin və Rusiya Milli Qvardiyasının nümayəndələri ilə görüşdə bildirib.

Bəyanat Mahaçqalada antisemit iğtişaşlardan sonra verilib. Hansı ki, burada yerli sakinlər bazar günü Tel-Əvivdən gələn təyyarə ilə bağlı hava limanının uçuş-eniş zolağına daxil olublar. Məlumata görə, onlar gələn İsrail vətəndaşlarını axtarırıb və ərazidən çıxan avtomobilləri yoxlayıblar.