İspaniyanın “Kordoba” klubunun 18 yaşlı futbolçusu Alvaro Prietonun meyiti tapılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə yerli AS nəşri məlumat yayıb.
Bildirilib ki, futbolçunun cəsədi Sevilya şəhərinin Santa-Xusta stansiyasında, körpünün altındakı iki vaqon arasında tapılıb.
Qeyd edək ki, gənc oyunçu bir neçə gün əvvəl itkin düşmüşdü.