“İstəyirdik ki, daha da “xoşbəxt” olaq, amma...” - 15 YAŞINDAN NARKOTİK QƏBUL EDƏN İBRAHİM HƏYATINI DANIŞIR / VİDEO

“Bir də gözümü açdım ki, “dib”dəyəm”

“Mən elə bilirdim ki, ancaq xoşbəxt olmalıyam...”

23 yaşlı İbrahim Sumqayıt şəhərində anadan olub. 15 yaşından etibarən narkotik maddə qəbul etməyə başlayıb. “Xoşbəxt” olmaq üçün narkotik qəbul etdiyini deyən müsahibimizin bu gün xoşbəxtlik anlayışı tamamilə fərqlidir. Çünki o, artıq narkotikin insana xoşbəxtlik gətirmədiyinin fərqindədir. “Narkotik bizi aldatdı” deyən İbrahim indi həyatı “acısı” və “şirini” ilə qəbul etməkdədir.  

8 il sonra narkotik asılılığından xilas olmaq üçün “STEP” Reabilitasiya Mərkəzinə müraciət edən İbrahim öz həyatını Stopnarkotik.az-ın əməkdaşına danışıb. Buyurun, izləyin.

 

Stopnarkotik.az