İstanbulda kilsədə baş verən atışmaya görə 47 nəfər tutuldu

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb ki, İstanbuldakı Santa Mariya Kilsəsinə hücuma görə 47 nəfər saxlanılıb.

Stopnarkotik.az TRT-yə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 30 müxtəlif ünvana eyni vaxtda basqın edilib.

Bildirilib ki, cinayətdə şübhəli bilinən 2 nəfər də saxlanılıb, onlardan biri Rusiya, digəri isə Tacikistan əsillidir.

Nazir vurğulayıb ki, hər 2 şəxsin İŞİD terror təşkilatının üzvü olduğu dəyərləndirilir.

Qeyd edək ki, silahlı hücum dünən yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən “Santa Mariya” kilsəsində bazar ibadəti zamanı baş verib. Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölüb.