İsrailin hücumları intensivləşir - Tehran sakinləri bölgəni tərk edir / VİDEO

İran və İsrail arasında gərginlik dördüncü günündə davam edir. 

Qarşılıqlı hücumların artdığı münaqişə şəraitində sivil vətəndaşlar ağır vəziyyətlə üzləşiblər. Minlərlə İran vətəndaşı, o cümlədən Tehran sakinləri, təhlükəsizlik məqsədilə ölkənin böyük şəhərlərini tərk edərək daha təhlükəsiz bölgələrə üz tuturlar.

Ölkədə yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. Sakinlər arasında panika artdığı müşahidə olunur. Hücumların intensivləşdiyi Tehranda zənginlər məhəlləsi sayılan Saadat Abad ərazisində yaşayan bir vətəndaş "CNN"-ə açıqlamasında bildirib ki, bütün gecə boyunca güclü partlayış səsləri eşidilib.

O, yaxınlıqdakı bir binadan gələn duman qoxusundan sonra əhalinin zirzəmiyə qaçaraq qorxu içində olduğunu da qeyd edib.

Qeyd olunur ki, paytaxt Tehranda müasir sığınacaqların olmaması vəziyyəti daha da çətinləşdirir.