İsrail İranı vurmağa hazırlaşır? – Ölkədə təhlükəsizlik tədbirləri üst səviyyəyə çıxarılıb

İsrail ordusu İrandan gələn hücumların qarşısını almaq üçün Müdafiə Nazirliyinin binasının yerləşdiyi ərazidə “GPS” siqnallarını söndürməyə başlayıb.

Bu barədə İsrailin “Walla” nəşri məlumat yayıb.

Məlumatda İranla yaşanacaq gərginliyə görə, belə bir addımın atıldığı bildirilib.

Xəbərdə İsrail komandirlərinin İrandan gələcək hər hansı bir hücuma necə hazırlanacaqları ilə bağlı bir sıra görüşlər keçirdiyi və bu çərçivədə hava hücumundan müdafiə sistemlərinin bölmələrində, orduda, Müdafiə Nazirliyində hazırlıqların aparıldığı bildirilib. Qeyd olunub ki, əsas obyektlərin komanda və idarəetmə sistemlərinin mühafizəsi daha yüksək səviyyəyə qaldırılacaq.

Xəbərdə ABŞ-nin İsrailin hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə kömək edəcəyi, İsrail Müdafiə Nazirliyi və ordusunun ölkənin müxtəlif bölgələrində qabaqcıl texnologiyalarla izləmə və xəbərdarlıq sistemlərini modernləşdirməyə çalışdığı bildirilib.

Qeyd edək ki, bir sıra xarici KİV-lər də İsrailin yaxın vaxtlarda İrana hücum edəcəyini, məhz bu səbəbdən təhlükəsizlik tədbirlərini gücləndirdiyini iddia edib./azpolitika.info