İŞİD terror təşkilatı Türkiyənin İstanbul şəhərində yerləşən “Santa Mariya” kilsəsində baş verən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Reuters” terrorçuların bəyanatına istinadən məlumat yayıb.
Qeyd edək ki, silahlı hücum dünən yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən “Santa Mariya” kilsəsində bazar ibadəti zamanı baş verib. Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölüb.