İŞİD "Crocus"a hücum edən üzvlərinin həbs edildiyini təsdiqlədi

İŞİD terror təşkilatı "Crocus City Hall"a hücum edən üzvlərinin həbs edildiyini təsdiqləyib.

“LeFigaro” xəbər verir ki, bu barədə terror təşkilatının həftəlik qəzeti “Əl-Nəba” məlumat yayıb.

Nəşrin cümə günü dərc edilmiş sayında “xilafətin döyüşçüləri”ndən dördünün Moskva yaxınlığında yerləşən ticarət mərkəzinə hücum etdiyi təsdiqlənib.

Onlardan üçünün avtomatlardan istifadə etdiyi, birinin isə yanğın törətdiyi qeyd olunub.

Əlavə olunub ki, hücumdan sonra Rusiyanın quru və hava qüvvələri tərəfindən təqib edilən terrorçular meşədə “mühasirəyə düşüblər”./apa