Meşəli qətliamını törədənlərdən biri, erməni terrorçu Vaqif Xaçatryanın ağır işgəncələr verdiyi Mail Məmmədov 31 il sonra erməni vəhşiliyinə məruz qaldığı yerlərdə - Hadrut qəsəbəsində, Tuğ kəndində və Şuşa həbsxanasında olub.
M.Məmmədov Hadrutda əsir saxlanıldığı yeri tapdıqdan sonra Şuşa həbsxanasına yollanıb.
O, burada gördüyü işgəncələri yadına salaraq göz yaşlarını saxlaya bilməyib:
“Ağlasığmaz işgəncələr görürdük. Hər yerimizə vururdular. Gəlib kameradan çıxarıb aparırdılar, istədikləri otaqda döyürdülər”.
Daha sonra Xocavəndin Tuğ kəndinə gedən keçmiş əsir burada məruz qaldığı vəhşilikdən danışıb:
“Məni dirəyə bağlamışdılar. Sonra çölə çıxarıb, sobada qızdırdıqları xaçı sinəmə basdılar. İki gündən bir yaranın qaysağını təpiklə qoparırdılar”.
Daha ətraflı Baku TV-nin süjetində: