İraqın şimalında İraq Kürd Regional Rəhbərliyinin (KRH) Süleymaniyyə şəhəri yaxınlığında yerləşən Arbet hava limanına hücum təşkil edilib.
Stopnarkotik.az xəbər verir ki, hücum nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
Pestisid və kənd təsərrüfatı işləri üçün istifadə edilən hava limanına edilən hücumda 6 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadası göndərilib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.