İranlılara ŞOK XƏBƏRDARLIQ EDİLDİ

Tehrandakı neft anbarlarında baş verən partlayışlar nəticəsində atmosferə çoxlu miqdarda təhlükəli kimyəvi maddələr yayılıb və bu, zəhərli turşu yağışlarının yaranmasına səbəb ola bilər.

Bu barədə ISNA agentliyi Qızıl Aypara təşkilatına istinadən məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, neft anbarlarında baş verən partlayışlar və yanğınlar havaya böyük miqdarda karbohidrogen birləşmələri, həmçinin kükürd və azot oksidləri buraxır. Bu maddələr sonradan turşu yağışlarının yaranmasına səbəb ola bilər. Belə yağışlar dəriyə düşdükdə kimyəvi yanıqlara, onların buxarı isə ağciyərlər üçün təhlükəyə səbəb ola bilər./oxu.az