Bu gün 31 nəfər İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - ARALARINDA DİPLOMATLAR DA VAR

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün saat 12:00-dan 14:20-dək 31 nəfərin təxliyəsi həyata keçirilib.

Təxliyə olunanlardan 22 nəfəri Azərbaycan vətəndaşıdır. Onlardan 3-ü diplomatdır.

Bundan əlavə, 5 Çin və 4 Pakistan vətəndaşı Astara Dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə olunub.

Təxliyə prosesi davam edir.