“İranlı narkotik alverçisi mənə “mal” satdı, sonra polisə məlumat verib tutdurdu” – ŞOK MÜSAHİBƏ

3 il ağır narkotik istifadə edən Kənan: “Narkotik istifadə edən adam “vorovskoy” ola bilməz”

“Elə vaxt olub ki, 20-25 gün yemək yeməmişəm”

Bir neçə gün əvvəl 26 yaşı tamam olan Kənan 3 il ağır narkotik istifadəçisi olub. İkinci Qarabağ Savaşının qazisi olan həmsöhbətimiz deyir ki, narkotik aludəçisinə müharibədə olduğu zaman çevrilib. O, artıq 7 aydır ki, “ayıq” olduğunu bildirir.

Həyatı haqda Stopnarkotik.az-a danışan Kənanın müsahibəsini saat 19:00-da kanalımızda izləyə bilərsiniz.

Müsahibədən çıxarışlar:

“Elə olub ki, 11 gün yatmamışam...”

“Xoşbəxtlik heç yerdə 10 manata satılmır...”

“Dəfələrlə intihara cəhd etdim, damarımı kəsdim ki, ölüm...”

“Demək olar ki, hər gün televiziya efirlərində olan müğənnilərlə bərabər narkotik qəbul etmişik”

“Narkotik alverçisi olan iranlı məni polisə satdı”

“Elə vaxt olub ki, 20-25 gün yemək yeməmişəm”

“Dövlətin mənə verdiyi “qan pulunu” narkotikə xərclədim”

“Maşınımı, telefonumu satıb narkotikə vermişəm”

“Maşınımda 250 qram narkotik vardı, polis arxamca düşəndə maşını qəsdən aşırdım ki, ələ keçməsin”

“Əvvəl mənimlə birgə model işləyən xanım tanışım məni görüb dedi ki, sən nə gündəsən...”

Stopnarkotik.az