İranda doqquz gündür davam edən küçə etirazları zamanı ən azı 35 nəfər ölüb, 1200-dən çox nümayişçi həbs olunub.
Bu barədə "DW" məlumat yayıb.
İranda baş verən kütləvi etirazlarda həlak olan 35 nəfərdən 29-u etirazçı, dördü uşaq, ikisi isə təhlükəsizlik qüvvələri olub.
Ölkə daxilində ən azı 17 universitetin tələbələri nümayişlərə qoşulub.